Nazirlikdən jurnalistlərin təhqir olunduğu seriala reaksiya: "Bizlik deyil!"
Tarix: 15-03-2024 16:49 | Bölmə: Cəmiyyət
Nazirlikdən jurnalistlərin təhqir olunduğu seriala reaksiya: "Bizlik deyil!"

Elm və Təhsil Nazirliyi İctimai Televiziyadakı serialda qalmaqala səbəb olan jurnalistlərlə bağlı səhnəyə münasibət bildirib.

Nazirlikdən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntü İTV-də nümayiş etdirilən "Gündəlik" serialından bir hissədir:

"Sözügedən serialın ideya və məzmununun Elm və Təhsil Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Xahiş edirik ki, sorğunuzu aidiyyəti üzrə serialın ideya və ssenari müəllifinə və ya yayımçıya ünvanlayasınız".

Qeyd edək ki, "Gündəlik" serialındakı jurnalistlərlə bağlı səhnə narazılığa səbəb olub(Qaynarinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}