Əlil çobana işgəncə verən qızlar saxlanılıb - Video
Tarix: 23-09-2024 16:36 | Bölmə: Cəmiyyət
Əlil çobana işgəncə verən qızlar saxlanılıb

Türkiyənin Kahramanmaraş şəhərində əlil çobana çubuqla işgəncə verən və bunu lentə alan iki gənc qız həbs edilib.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Hadisə şəhərin Andırın rayonunun Çokak səmtində qeydə alınıb. İddiaya görə, Seçil G. adlı qız çoban N.Y. ilə evlənib. Çoban qoyunlarını otararkən xanım yanına gəlib və içki almasını xahiş edib. Çoban bunu qəbul etməyəndə Seçil G. çobana əvvəlcə sillə vurub, sonra isə üzərinə su atıb. Bir müddət sonra çobana zopa ilə işgəncə verib. Seçil G.-nin rəfiqəsi isə çobana verilən işgəncələri lentə alıb.

Videonun sonlarına doğru əlində çubuqla halay rəqsi etməyə başlayan qız çobanın yaxasından tutub, onu halay rəqs etməyə məcbur edib və çubuqla döyüb.

Məsələ ilə bağlı Kahramanmaraş valiliyi yazılı açıqlama verib.

“22.09.2024-cü il tarixində bəzi sosial şəbəkələrdə Andırın rayonunda N.Y adlı vətəndaşımızın döyülməsi ilə bağlı video yayılıb. N.Y.-nin başına və bədəninin müxtəlif nahiyələrinə çubuqla döyülməsi ilə bağlı video yayılıb. Hadisədən sonra onu döydüyünü iddia edən şəxs həbs edilib. Çoban isə Andırın dövlət xəstəxanasına aöarılıb”,- valilik qeyd edib.

Daxili işlər naziri Ali Yerlikaya bəyan edib ki, belə zorakılıq qəbuledilməzdir.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-09-2024, 12:31 Sabah yağış yağacaq