Əvvəllər məhkum olunmuş şəxs beş kiloqram narkotiklə saxlanılıb
Tarix: 24-09-2024 08:57 | Bölmə: Cəmiyyət
Əvvəllər məhkum olunmuş şəxs beş  kiloqram narkotiklə saxlanılıb

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısını təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədəli Məmmədov saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, M. Məmmədovdan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkalanıb.

M. Məmmədov ifadəsində marixuananı İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyini və satışını təşkil etmək üçün yaşadığı Bərdə rayonuna gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
25-09-2024, 12:31 Sabah yağış yağacaq