Biləsuvardakı qəzada beş nəfər həyatını itirib - (Yenilənib) - Foto
Tarix: 24-09-2024 16:50 | Bölmə: Cəmiyyət
Biləsuvardakı qəzada beş nəfər həyatını itirib - (Yenilənib)

Biləsuvar ronunda yol qəzası baş verib.

Reyting.az
APA-ya istinadla bildirir ki, rayon ərazisində "Lada-012" markalı minik avtomobil “MAN“ markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb və xəstəxanada öldüyü bildirilir.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabadad rayon sakinləridir. Onlar Ağcabədidən gəlin gətirirmişlər.

Faktla bağlı araşdırma aparılır.

***

Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N. Mehtiyevin idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev həlak olub.





Bölməyə aid digər xəbərlər
25-09-2024, 12:31 Sabah yağış yağacaq