Əfqanıstanda narkotik istehsalı minimuma enib
Tarix: 25-09-2024 11:21 | Bölmə: Cəmiyyət
Əfqanıstanda narkotik istehsalı minimuma enib

Əfqanıstan hökuməti ölkədə narkotik becərilməsi və istehsalının sıfıra yaxınlaşdığını açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Əfqanıstan Daxili İşlər Nazirliyi yanında Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Hasibullah Əhmədi bildirib ki, narkotiklərin becərilməsi və istehsalının azalması “Taliban” lideri Hibbetullah Axundzadənin fərmanından sonra baş verib.

Ötən il narkotik vasitələrin qadağan edilməsi haqqında fərmanın icrası ilə bağlı Əhmədi deyib: “Əfqanıstanın Daxili İşlər Nazirliyinə bağlı narkotiklərlə mübarizə idarəsi bu qərarın icrasını həyata keçirmək üçün bütün əyalətlərə səfər edib. Onlar yerli rəsmilər, alimlər, fermerlərlə görüşüb, insanlara narkotikin cəmiyyətimizin xeyrinə olmadığını və gəncləri məhv etdiyini izah ediblər”.

Onun sözlərinə görə, heç kəsə narkotik yetişdirmək və ya qaçaqmalçılıq yolu ilə gətirmək icazəsi verilməyəcək. Bunu edənlər isə cəzalandırılacaqlar.

Beynəlxalq ictimaiyyətə müraciət edərək, onları əfqan fermerlərə və ölkənin kənd təsərrüfatı sektoruna yardıma çağıran Əhmədi qeyd edib ki, beynəlxalq ictimaiyyətdən istək və gözləntiləri fermerlərə köməkdir: “Çünki narkotiklər təkcə Əfqanıstanın problemi deyil və bunun siyasətlə heç bir əlaqəsi yoxdur”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-09-2024, 12:31 Sabah yağış yağacaq