20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Asteroidlər insanlar üçün qida mənbəyi ola bilər
Tarix: 07-10-2024 08:23 | Bölmə: Cəmiyyət
Asteroidlər insanlar üçün qida mənbəyi ola bilər

Kosmik ekspedisiyalar zamanı asteroidlər astronavtlara qida istehsalı üçün xammal ola bilər. Bunu Kanadanın Qərb Universitetinin alim və mütəxəssisləri müəyyən ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə "International Journal of Astrobiology" elmi jurnalı yazıb.

Bildirilir ki, tədqiqatçılar kosmik məkandakı müxtəlif ölçülü asteroidlərin səthindən mövcud mikroorqanizmlərin materiallarını qidalandıraraq yetişdirilən bakteriyalardan qida kimi istifadəni təklif ediblər.

Məqalədə bundan əvvəlki təcrübələrdən misal gətirilir və vurğulanır ki, bir zamanlar Günəş sisteminin lap çox uzaq hissələrinə uzun səfərlər baş tutsa, astronavt missiyası üçün belə vəziyyətdə qida ehtiyatı yığmaq tamamilə mümkün olmayacaq.

Nəşr yazır ki, mütəxəssislərin böyük qrupu bələdçi kimi mikrobların emalı üçün tərkibinin yararlı süxurlardan ibarət olduğu əsas Benna asteroidindən istifadə ediblər. Alimlərin hesablamalarına görə, bu böyük asteroid bir adamı ən pis halda 600 il, ən yaxşı halda isə 17 min il bakterial qida ilə təmin edə bilər.

Bu arada, ekspertlər kütlənin zəhərli olub-olmadığını öyrənmək üçün bir neçə testi vacib sayırlar. Alimlərin fikrincə, asteroidlərin tərkibi dəyişkəndir, bu isə vəziyyəti çətinləşdirə bilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər