DSX-nin giziri çayda boğulub
Tarix: 07-10-2024 10:51 | Bölmə: Cəmiyyət
DSX-nin giziri çayda boğulub

Şəmkirdə 35 yaşlı kişinin Kür çayında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.

O, şənbə günü xidmətdən kənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib. Bu zaman Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.

Onun meyiti tapılaraq ailəsinə təhvil verilib(Qafqzinfo).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}