Polis zabiti qəzada ölüb
Tarix: 09-10-2024 23:05 | Bölmə: Cəmiyyət
Polis zabiti qəzada ölüb

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-nin Mətbuat xidmətindən bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq