20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Ukraynalı jurnalist Viktoriya Roşçina rus əsirliyində ölüb
Tarix: 11-10-2024 09:44 | Bölmə: Cəmiyyət
Ukraynalı jurnalist Viktoriya Roşçina rus əsirliyində ölüb

Ukraynalı jurnalist Viktoriya Roşçina Taqanroqdan Moskvaya aparılarkən rus əsirliyində həyatını itirib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna koordinasiya qərargahının mətbuat xidmətinin rəhbəri Pyotr Yatsenko bildirib.

P. Yatsenko əlavə edib ki, hazırda onun ölüm şəraiti məlum deyil.

Bundan əvvəl parlamentin söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin bu hadisə ilə bağlı məlumat versə də, onun “Telegram”dakı nəşri tezliklə silinib.

“Cənub” Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin keçmiş rəhbəri Dmitri Pletençuk “Facebook” səhifəsində yazıb:

“Bu yaxınlarda onun ad günü idi və yəqin ki, rusların əsirliyində olduğunu bildiyim üçün ona nəsə yazmağa qorxdum. Mən onu minlərlə jurnalist arasında çox yaxşı xatırladım. O, cəsarətli idi və jurnalist peşəsi üçün əlindən gələni etdi”.

GUR nümayəndəsi Andrey Yusov isə qeyd edib ki, Roşçinanın adı məhbus mübadiləsi üçün siyahıda olub. Üstəlik, o, tezliklə evdə olmalı idi: “Onun qayıdışı razılaşdırılmışdı. O, evə qayıtmağa hazırlaşmaq üçün Lefortovoya aparılıb”.

Qeyd edək ki, jurnalist 2023-cü il iyulun 27-də Ukraynadan Polşaya gedib və üç gün sonra Rusiya vasitəsilə Ukraynanın şərqindəki işğal olunmuş ərazilərə çatmalı imiş.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər