20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Deputat: "Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır"
Tarix: 11-10-2024 13:00 | Bölmə: Cəmiyyət
Deputat: "Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır"

"Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır".

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, xırda bələdiyyələrin dövlət borcları qalacaq: "Bələdiyyələrin borclarının ödənilməsi ilə bağlı hansısa addım atılması vacibdir. Bu, dotasiyaların verilməsi, güzəştlər və s. şəklində müəyyən edilə bilər”.

K.Bayramov həmçinin bələdiyyələrin icra aparatlarının formalaşdırılması ilə bağlı yeni mexanizmin hazırlanmasını da təklif edib: “Bu mexanizm də lazımsız ştatların yaradılmamasına təminat verməlidir".

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, dövlət büdcəsinin layihəsi müzakirə olunarkən bələdiyyələrin borclarının silinməsi məsələsi qaldırılmalıdır: "Biz bələdiyyələrin borclarının silinməsini və fəaliyyətlərinə sıfırdan başlamasını təklif etməliyik. Eyni zamanda nümunəvi ştat cədvəli hazırlanıb hər bir bələdiyyəyə verilməlidir. Çünki onların öz ixtiyarına buraxsaq, lazımsız ştatlar yaradacaqlar”(Report).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər