Qazax sakini minaya düşüb - (Yenilənib)
Tarix: 14-10-2024 12:41 | Bölmə: Cəmiyyət
Qazax sakini minaya düşüb - (Yenilənib)

Bu gün Qazaxda mina partlayışı hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, rayonun Quşçu Ayrım kəndində qoyun otaran 2001-ci il təvəllüdlü İlkin Sarıyev minaya düşüb.

O, xəstəxanaya aparılıb.

***

Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində mina partlalayışı baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Bildirilir ki, kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Amil oğlu Sarıyev heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb:

"Hadisə nəticəsində İlkin Sarıyev sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}