27 əsgəri öldürüb, 35 əsgəri yaralayan terrorçu ələ keçib
Tarix: 16-10-2024 10:55 | Bölmə: Cəmiyyət
27 əsgəri öldürüb, 35 əsgəri yaralayan terrorçu ələ keçib

Türkiyə 1995-2000-ci illər arasında Tunceli çölündə 27 sərhəd mühafizəçini qətlə yetirən, 35 mühafizəçi və 2 mülki vətəndaşı yaralayan terrorçunu ələ keçirib.

Reyting.az
xəbər verir ki, bunu Tunceli valisi Bülent Tekbıyıkoğlu bildirib.

Söhbət Türk dövlətinin axtardığı terrorçu Ahmet Kalker adlı terrorçunun sağ ələ keçirilməsindən gedir.

Hələlik terrorçunun hansı şəraitdə və necə ələ keçirildiyinin təfərrüatları açıqlanmayıb. Amma ehtimal olunur ki, belə bir uğur Türk Milli Kəşfiyyat Xidmətinin növbəti əməliyyatının nəticəsidir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər