Milyarder İlon Maskı oğurluqda ittiham edirlər - Foto
Tarix: 16-10-2024 13:58 | Bölmə: Cəmiyyət
Milyarder İlon Maskı oğurluqda ittiham edirlər
İlon Mask

"Mən Robotam” filminin rejissoru Aleks Proyas amerikalı milyarder, iş adamı İlon Maskı ədəbi oğurluqda ittiham edir.

Reyting.az
xatırladır ki, İlon Maskın sahibi olduğu “Tesla” şirkəti keçən həftə "We, Robot"-un təqdimatını keçirib və bu təqdimatda “Optimus” robotu təqdim olunub. Keçirilən təqdimat mərasimində bildirilib ki, yaxın gələcəkdə bu maşının qiyməti 20-30 min dollar olacaq. Şəbəkə bu robotun təkcə futuristik dizaynına deyil, həmçinin onun rejissor Aleks Proyasın "Mən, Robotam" filmindəki personajlara bənzəməsinə də diqqət çəkib.

"Optimus" robotunun, eləcə də pilotsuz taksi "Cybercab"-ın, həm də "Robovan" mikroavtobusunun "Mən, Robotam"-ın elementlərinə nə dərəcədə bənzədiyini təkcə filmin pərəstişkarları deyil, həmin kino əsərinin rejissoru da qeyd edib.



Avstraliyalı rejissor təqdimat zamanı gördüklərini və "Tesla" avadanlığı ilə kollaj, həmçinin öz filmindən çəkilmiş kadrları "X"-də yayımlamalı olub, daha sonra isə postunu aşağıdakı kiçik şərhlə ümumiləşdirib. Rejissor Aleks Proyas İlon Maskın ünvanına belə yazıb:

"Hey, Elon, layihələrimi mənə qaytara bilərsənmi?".

Qeyd edək ki, hazırda milyarder İlon Mask bu tanınmış rejissorun yazısına heç bir münasibət bildirməyib.

Onu da xatırladaq ki, "Mən, Robotam" filmi 2004-cü ildə ekranlara çıxıb.

Bu filmin qaynağı ABŞ-da, eləcə də digər ölkələrdə öz əsərləri ilə tanınan və fantast yazıçı kimi məhşurlaşan Ayzek Azimovun müəllifi olduğu "Dəyirmi rəqs” hekayəsində formalaşdırdığı bir süjetin ideyasıdır. Ayzek Azimovun bu hekayədə təqdim etdiyi ideya, süjet həm də "Robot texnikasının üç qanunu" – robotlar üçün davranış qaydalarına əsaslanır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}