Killer öz sevgilisini qətlə yetirmək sifarişi alıb, amma…
Tarix: 16-10-2024 14:51 | Bölmə: Cəmiyyət
Killer öz sevgilisini qətlə yetirmək sifarişi alıb, amma…

Hindistanın Uttar-Pradeş ştatında yaşayan ana Alka Devi 17 yaşlı qızını öldürmək üçün qatil kirayələyib. Ancaq qatil sifarişçi Alka Devin özünü öldürüb.

Reyting.az
-ın məlumatına görə, polis cinayətin üstünü açıb. Bu zaman məlum olub ki, Alka Devin qatili onun qızının sevgilisidir.

Alka Devinin ölümündən sonra maraqlı detallar üzə çıxıb. Sən demə, Devinin qızı əvvəllər 10 il həbsdə olan Sübhaşla görüşməyə başlayıb. Devi bu vəziyyətdən çox narahat olub və çarəni qızını öldürtməkdə görüb.

Məlumata görə, Devi cinayəti törətmək üçün Subhaşa 50 min rupi təklif edib. Sübhaş Devinin qızına həqiqəti deyəndə, onu anasının qazdığı quyuya salmaq üçün plan qurublar. Birlikdə Devini aldatmaq üçün qətl fotosu hazırlayaraq səhnələşdiriblər. Lakin Devi vəd etdiyi pulu verməyəndə Subhşaş Devini boğaraq öldürüb.

Alkanın cəsədi Uttar Pradeş ştatının Etah rayonundakı tarlada tapılıb. Cinayət üstü Alkanın əri Ramakantın həyat yoldaşının itkin düşdüyünü bildirməsi ilə açılıb. Polisin araşdırması nəticəsində həm Alkanın qızı, həm də Sübhaş həbs edilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}