İsrail Livanda bələdiyyə binasını vurub, sədr və bələdiyyə üzvləri ölüb
Tarix: 17-10-2024 10:38 | Bölmə: Cəmiyyət
İsrail Livanda bələdiyyə binasını vurub, sədr və bələdiyyə üzvləri ölüb

İsrail ordusunun Livanın cənubundakı Nəbatiyə bələdiyyə binasına hücumu nəticəsində bələdiyyə sədri də daxil olmaqla 6 nəfər həyatını itirib.

Reyting.az
xəbər verir ki, Livan Səhiyyə Nazirliyi hücumda aralarında bələdiyyə sədri Əhməd Kahilin də olduğu 6 nəfərin öldüyünü, 43 nəfərin yaralandığını, dağıntıların təmizlənməsi işlərinin davam etdiyini bildirib.

Livanın baş naziri Nəcib Mikati İsrailin şəhər şurasının iclasını qəsdən hədəf aldığını deyərək hücumu pisləyib.

İsrail ordusu Nəbatiyədə “Hizbullah”a məxsus onlarla infrastruktur hədəfini vurduğunu və yeraltı infrastrukturu məhv etdiyini iddia edib.

Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrailin bu ölkəyə qarşı hücumlarından bir daha BMT Təhlükəsizlik Şurasına şikayət edilib və hücumların dayandırılması üçün tədbir görülməsi tələb olunub.

Bu arada məlum olub ki, ABŞ Livan baş naziri Nəcib Mikatiyə İsrailin Beyruta hücumlarının azaldılacağına dair vəd verib. Amma hadisələr göstərir ki, ABŞ-nın vədini yerinə yetirən yoxdur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər