Sabirabadda evdə partlayış olub, yaralanan var
Tarix: 17-10-2024 14:09 | Bölmə: Cəmiyyət
Sabirabadda evdə partlayış olub, yaralanan var

Sabirabad rayonunda evdə qaz sızması nəticəsində partlayış baş verib, 42 yaşlı qadın xəsarət alıb.

Məlumata görə, hadisə Məmişlər kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Nüşabə Nizami qızı Zeynalova hamamda olarkən cihazdan (pitminutka) qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}