Sabah yağış yağacaq
Tarix: 21-10-2024 13:15 | Bölmə: Cəmiyyət
Sabah yağış yağacaq

Oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 9-11° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti gündüz 3-8° isti olacaq.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq