Yasamalda yaşayış evi uçub, bir nəfər dağıntılar altında qalıb - Video
Tarix: 22-10-2024 11:09 | Bölmə: Cəmiyyət
Yasamalda yaşayış evi uçub, bir nəfər dağıntılar altında qalıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 156 ünvanında fərdi yaşayış evində uçqun baş verməsi nəticəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Reyting.az
naziriliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinin uçması nəticəsində 1 nəfər vətəndaşın dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində 1957-ci il təvəllüdlü K. Nuriyeva dağıntı altından çıxarılaraq xilas edilib.





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:42 Sabah leysan yağacaq
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər