Tankerin partlaması 181 nəfərin ölümünə səbəb olub
Tarix: 23-10-2024 08:55 | Bölmə: Cəmiyyət
Tankerin partlaması 181 nəfərin ölümünə səbəb olub

Oktyabrın 16-da Nigeriyanın Jiqava əyalətinin Majiya bölgəsində yanacaq tankeri partlayıb. Nigeriyanın Jiqava əyalətinin qubernatoru Umar Namadi bununla bağlı prezident Bola Əhməd Tinubu ilə görüşüb.

Reyting.az
-ın xəbərinə görə, görüşdən sonra Umar Namadi deyib ki, oktyabrın 16-da baş verən partlayışda həyatını itirənlərin sayı 181-ə yüksəlib.

Partlayışda yaralanan 80 nəfərin müalicəsinin davam etdiyini bildirən Namadi əlavə edib ki, partlayışdan 210 ailə zərər çəkib.

Qeyd edək ki, oktyabrın 16-da Jiqava əyalətinin Majiya rayonunda Kano-Hadeja magistral yolunda yanacaq daşıyan tanker sürətlə hərəkət edərkən idarəetmədən çıxaraq aşıb. Yerli əhali aşmış tankerdən yanacağı boşaltmağa çalışarkən tanker partlayıb və çoxlu insan yanaraq ölüb. Hadisədən sonra prezident Bola Əhməd Tinubu ölkə daxilində yanacaq daşınması təhlükəsizliyi protokollarının hərtərəfli nəzərdən keçirilməsini tələb edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 13:15 Sabah yağış yağacaq
21-10-2024, 13:15 Sabah yağış yağacaq
19-10-2024, 12:20 Sabah yağış yağacaq
18-10-2024, 13:01 Sabah yağış yağacaq
17-10-2024, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb

{sape_links}{sape_article}