12:31 / 05-02-2025
Sabah yağış yağacaq
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb
Tarix: 25-10-2024 12:26 | Bölmə: Cəmiyyət
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 9 min 950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9 min manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:31 Sabah yağış yağacaq
Dünən, 12:53 Sabah yağış yağacaq