18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Xaçmazda 57 yaşlı kişi döyülərək öldürülüb - (Yenilənib)
Tarix: 01-11-2024 14:54 | Bölmə: Cəmiyyət
Xaçmazda 57 yaşlı kişi döyülərək öldürülüb - (Yenilənib)

Xaçmaz rayonunda döyüldüyü bildirilən şəxs xəstəxanada ölüb.

Məlumata gorə, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 1967-ci il təvəllüdlü Akif Mövsüm oğlu Qəribov Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində həyatını itirib.

Qeyd edək ki, A.Qurbanov bir neçə həftə əvvəl baş nahiyəsinin ağır xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmazda həmkəndlisini döyərək, ölümünə səbəb olan şəxs polis tərəfindən saxlanılıb.

Məlumatına görə, oktyabrın 12-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, fiziki qüsurlu 57 yaşlı Akif Qəribovu döyərək və bir neçə gündən sonra aldığı xəsarətlərdən ölümünə səbəb olan şəxsin kimliyi məlum olub.

Belə ki, A.Qəribova küt alətlə ağır xəsarətlər yetirən onun həmkəndlisi 1974-cü il təvəllüdlü Eynulla Musayev isə polis tərəfindən saxlanılıb, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu hadisə E.Musayevin törətdiyi ilk qətl hadisəsi deyil. O, 2013-cü ildə onunla intim münasibətdən imtina edən həyat yoldaşı Şərqiyyə Musayevanın başını kəsərək qətlə yetirib.

E.Musayev 2014-cü ilin yanvarında məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan mərhum edilib(Report).




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq