16:54 / 01-11-2024
“ATV Plus” cərimələnib
“Vaşinqton Post” qısa müddətdə 250 min abunəçisini itirib
Tarix: 01-11-2024 17:05 | Bölmə: Cəmiyyət
“Vaşinqton Post” qısa müddətdə 250 min abunəçisini itirib

“Vaşinqton Post” qəzeti noyabrın 5-də keçiriləcək prezident seçkilərində heç bir namizədi dəstəkləməyəcəyini açıqladığı cümə günündən bu yana ən azı 250 min abunəçisini itirib.

Reyting.az
xəbər verir ki, bu rəqəm “Vaşinqton Post”un rəqəmsal abunəçilərinin təxminən 10 faizini təşkil edir.

Qəzet bunun özəl şirkət olduğunu qeyd edərək rəqəmi rəsmən təsdiqləməyib. Bununla belə, nəşrin abunəçilərin sayının azalması ilə bağlı sənədlərə və adı açıqlanmayan iki mənbəyə istinad olunur.

Keçən həftə “Los Angeles Times” qəzetinin heç bir prezidentliyə namizədi dəstəkləmədiyini elan etməsi oxucuların abunəliklərini ləğv etməsinə səbəb olub. Bununla belə, “Los Angeles Times”a abunəliklərini ləğv edənlərin sayı “Vaşinqton Post”unki qədər deyil.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
29-10-2024, 12:05 Sabah yağış yağacaq
28-10-2024, 13:25 Sabah yağış yağacaq