18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 13-11-2024 12:29 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Reyting.az
xəbər verir ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 0-5° isti olacaq.




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq