18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 25-11-2024 13:01 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, sabah yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı , dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"