18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Yeni nazirlik yaradılacaq? - İddia
Tarix: 06-12-2024 11:56 | Bölmə: Cəmiyyət
Yeni nazirlik yaradılacaq? - İddia

Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yeni nazirlik yaradılacaq.

Reyting.az
bakupost.az-a istinadla xəbər verir ki, hazırda fəaliyyət göstərən bir sıra dövlət qurumları və müəssisələr yeni nazirlikdə birləşdiriləcək.

Həmin qurumların Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "AzerGold " Qapalı Səhmdar Cəmiyyəti olduğu bildirilir.

Yeni nazirliyin, eləcə də ona rəhbərlik edən şəxsin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinə general-leytenant Şahin Bağırov, Dövlət Vergi Xidmətinə Orxan Nəzərli, “AzerGold” QSC-yə isə Zakir İbrahimov rəhbərlik edirlər.




Bölməyə aid digər xəbərlər
23-07-2025, 15:11 Hərbçimiz vəfat edib
21-07-2025, 13:35 Çilingəri "tok" vurub"