Mafiyaya qarşı əməliyyat: rahibə və siyasətçilər də saxlanılıb
Tarix: 06-12-2024 15:29 | Bölmə: Cəmiyyət
Mafiyaya qarşı əməliyyat: rahibə və siyasətçilər də saxlanılıb

İtaliyada ölkənin ən güclü və təhlükəli mafiyalarından biri olan “Ndranqheta”ya qarşı əməliyyatda 25 nəfər saxlanılıb. Saxlanılanlar arasında rahibə də var.

Reyting.az
xəbər verir ki, iddiaya görə, 57 yaşlı rahibə Anna Donellin həbsxanadakı mafiya üzvləri ilə təşkilat arasında əlaqəni təmin edib və cinayət strategiyaları haqqında məlumat ötürüb.

Telefon dinləmələrinə görə, mafiya başçısı rahibə haqqında “O, bizdəndir”, - deyirmiş.

Ölkənin cənubundakı Kalabriya bölgəsində yerləşən “Ndranqheta”ya qarşı əməliyyatda saxlanılanlar arasında yerli siyasətçilər də var.

Bildirilir ki, saxlanılanların 1,8 milyon avro dəyərində əmlakı üzərində həbs qoyulub.

Şübhəlilər qəsb, silah və narkotik qaçaqmalçılığı, sələmçilik, vergi cinayətləri, çirkli pulların yuyulması və səslərin satın alınması kimi cinayətlərdə ittiham olunurlar.

Saxlanılan yerli siyasətçilər isə “İtaliya Qardaşları” partiyasından keçmiş Brescia bələdiyyə müşaviri Covanni Acri və “Liqa” partiyasından Breşiyadakı Castel Mella bələdiyyəsinin keçmiş üzvü Mauro Qaleazzidir.

İnterpol sənədlərində “Ndranqheta”nı dünyada ən geniş yayılmış və güclü cinayət təşkilatlarından biri kimi təsvir olunur. Təşkilatın fəaliyyətinə narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, hədə-qorxu ilə pul tələb etmək və dövlət tenderlərinin saxtalaşdırılması daxildir. Onun illik gəlirinin təxminən 50 milyard avro olduğu təxmin edilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər