Sabiq icra başçısının qardaşı oğlanlarına cinayət işi açılıb
Tarix: 19-12-2024 11:51 | Bölmə: Cəmiyyət
Sabiq icra başçısının qardaşı oğlanlarına cinayət işi açılıb

Zərdab rayonunun sabiq icra başçısı Lütvəli Babayevin qardaşı oğlanlarına cinayət işi açılıb.

Reyting.az
Modern.az-a istinadla xəbər verir ki, sabiq başçının qardaşı oğlanları Telman Babazadə və Yadigar Babayev xuliqanlıqda ittiham edilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 221.2.-ci (Xuliqanlıq bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmiş şəxslər R .Qədirzadə və T. Qədirzadə adlı bacı-qardaşlardır.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Lütvəli Babayev 2007–2019-cu illərdə Zərdab rayonunun, 2005–2007-ci illərdə Mingəçevir şəhərinin icra başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, sabiq icra başçısının qardaşı oğlanları əvvəllər də avtoxuliqanlıq əməllərinə görə saxlanılıblar.




Bölməyə aid digər xəbərlər
19-12-2024, 12:19 Sabah yağış yağacaq
18-12-2024, 12:15 Sabah sulu qar yağacaq
17-12-2024, 12:20 Sabah qar yağacaq - Proqnoz

bütün xəbərlər