Sabahın hava proqnozu açıqlanıb
Tarix: 22-12-2024 12:29 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 faiz, gündüz 65-70 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaq.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq