İki ay ərzində 274 Azərbaycan vətəndaşı əcnəbi ilə ailə qurub
Tarix: 01-04-2019 09:35 | Bölmə: Cəmiyyət
İki ay ərzində 274 Azərbaycan vətəndaşı əcnəbi ilə ailə qurub

2019-cu ilin yanvar-fevral ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 8238 nikah rəsmi qeydiyyata alınıb.

Reyting.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nikahlardan 274-ü xarici ölkə vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında bağlanıb.

Nikaha daxil olanlardan 134 nəfəri azərbaycanlı kişilər, 140 nəfəri azərbaycanlı qadınlar olub.

Azərbaycanlılar iki ay ərzində daha çox Rusiya, Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşları ilə ailə qurmağa üstünlük veriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər