Sabiq deputat su problemindən şikayətlənib
Tarix: 29-07-2025 15:31 | Bölmə: Cəmiyyət
Sabiq deputat su problemindən şikayətlənib

Son günlər Bakıda suyun normal verilməməsindən sabiq deputat Etibar Əliyev də şikayətlənib.

Bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib.

“Nəvəmi çimizdirmək istəyirik. Düşürəm su daşımağa. Nəvəm babasına kömək edir: Balaca vedrəsini götürüb və qapıda hazır vəziyyətdə dayanıb”, - deyə eks-millət vəkili yazıb.

Həmin paylaşımı ilə bağlı Etibar Əliyevlə əlaqə saxladıq. O, açıqlamasında qeyd etdi ki, yaşadığı Suraxanı rayonu Qaraçuxur qəsəbəsində sakinlər 14 gündür ki, su problemi yaşayırlar.




Bölməyə aid digər xəbərlər