15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
UNO hesab edilən kometa Yerə doğru istiqamət götürəcək - Foto
Tarix: 27-10-2025 15:04 | Bölmə: Cəmiyyət
UNO hesab edilən kometa Yerə doğru istiqamət götürəcək

Ulduzlararası obyekt "3I/ATLAS" qravitasiya manevri etməklə, Yerə doğru yönələ bilər.

Reyting.az
xəbər verir ki, Harvard Universitetinin astrofizik alimi Avi Loebin ehtimalına görə, uzun müddətdir müşahidə edilən qəribə, sirli obyektin süni kosmik gəmi, yəni uçan naməlum obyekt (UNO) ola biləcəyini vurğulayıb.

Rusiyanın tanınmış astronomu Vladimir Surdin də bu mövzuda danışıb.

Onun sözlərinə görə, A. Loebin söylədiklərini tam ciddi və məntiqli qəbul edir.

Surdin deyib ki, ümumi yanaşmaya görə, kosmik mənşəyi elm aləmində məlum olmayanı tamamilə inkar etmək düzgün deyil və məhz elə bu səbəbdən, A. Loebin fikirləri ilə qismən razılaşmaq mümkündür.

Məlumata görə, Loeb daha əvvəl bildirib ki, "3I/ATLAS" təbii kometa olsa da, az ehtimalla süni mənşəli obyekt də ola bilər. Onun fikrincə, belə bir manevr hətta "qara qu quşu" hadisəsi də sayıla bilər, yəni çox cüzi ehtimalla, lakin böyük nəticələrlə.

Surdin qeyd edib ki, alimlər "3I/ATLAS"-ı Günəş sisteminə daxil olan vaxt aşkar ediblər. Üstəlik, bu obyekt artıq Marsın yaxınlığından keçib və çox güman ki, kometa növbəti mərhələdə Veneranın yanından ötüb, Yerə doğru istiqamət götürəcək.

V. Surdin qeyd edib: "Loeb deyir ki, əgər bu kosmik gəmi olsa, bəlkə də o, planetlərin cazibəsindən istifadə etməklə, Yerə tərəf də dönə bilər. Ümumiyyətlə, bu, mümkündür. Gözləyək, bir neçə ay qalıb".



Surdin bildirib ki, "3I/ATLAS" dekabrın sonuna qədər Günəş sistemini tərk edəcək, Yerə ən yaxın məsafədən isə noyabrın əvvəlində keçəcək.

Surdin həmçinin qeyd edib ki, təəccüblü olan daha bir məqam tanınmış alim kimi Loebin "3I/ATLAS" kometası ilə bağlı səsləndirdiyi bu yeni fərziyyələrin indiyə qədər xüsusi diqqətə alınmaması və elmi çevrələrdə istehza ilə qarşılanmasıdır.

Surdin elm aləmində bu alimə çox böyük hörmətlə yanaşıldığını xüsusi vurğulayıb və qeyd edib ki, heç bir nəticə onun Loeb kimi alimə qarşı inamını dəyişə bilməz.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər