10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
Tarix: 02-02-2026 01:09 | Bölmə: Siyasət

Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır

ABŞ prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatı (BMT) qərargahının Nyu-Yorkdan köçürülməsini istəmir.

Reyting.az xəbər verir ki, D. Tramp bunu "Politico"ya müsahibəsində bildirib.

"Düşünmürəm ki, bu, uyğundur. BMT Nyu-Yorkdan ayrılmayacaq, ABŞ-dan ayrılmayacaq, çünki BMT-nin böyük potensialı var", - deyə Tramp əlavə edib.

Daha əvvəl "The New York Times" qəzeti BMT rəsmisinə istinadla xəbər vermişdi ki, qlobal təşkilat - vəsaitləri tükənərsə, fəaliyyətini azaltmalı və ya hətta Nyu-Yorkdakı qərargahını bağlamalı olacaq.

ABŞ prezidenti bəzi ölkələrin BMT-yə üzvlük haqlarını ödəməməsi məsələsini asanlıqla həll edəcəyinə əminliyini də ifadə edib.

Prezident ABŞ-nın BMT-yə "milyardlarla dollar borclu olduğunu" dəqiqləşdirmək istəməyib.

Onu da qeyd edək ki, Tramp dəfələrlə BMT-ni sərt tənqid edib, təşkilatın vəsaitləri səmərəsiz xərclədiyini və münaqişələrə son qoymaq üçün kifayət qədər tədbir görmədiyini deyib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər