19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Sahib Ələkbərov: “Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz”
Tarix: 07-11-2025 15:11 | Bölmə: İqtisadiyyat
Sahib Ələkbərov: “Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz”

“Biz mətbuatda çox tez-tez eşidirik ki, əməkhaqqıdan tutulan vergi güzəştləri ləğv edilir. Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz”.

Reyting.az
xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bir daha bəyan etmək istəyirik ki, vergi güzəştlərinin ləğv olunmasından söhbət getmir və gedə də bilməz. Söhbət ondan gedir ki, dünyanın hər yerində vergi güzəştləri müddətli olur. 7 il müddət verilmişdi və o müddət başa çatdı. Həmin məsələyə vergi güzəştinin yeni bir növü gətirilir. Yəni 2500 manata qədər əməkhaqqı alanlara vergi tutulması 14% olmalı idi, amma 3% olacaq. Mənə elə gəlir ki, Azərbaycanda 2500 manata qədər əməkhaqqı alan şəxslər kifayət qədər çoxdur və 3% də o qədər böyük məbləğ deyil. Maarifləndirməni genişləndirmək lazımdır”, - nazir müavini vurğulayıb.

Maliyyə naziri Sahil Babayev əlavə edib ki, əmək bazarının böyük əksəriyyətini təşkil edən 2500 manata qədər gəlirə cəmi 3% gəlir vergisi tətbiq ediləcək: “Bunun özü çox böyük güzəştdir. Bunu hökumət irəli sürməsəydi, 2026-ci il yanvarın 1-dən onlara 14% gəlir vergisi tətbiq olunacaqdı”(qafqazinfo).




Bölməyə aid digər xəbərlər