Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-12-2025 14:58 | Bölmə: Cəmiyyət

Sosial şəbəkələrdə dini ekstremist materialları yayan, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə təkrar açıq çağırışlar edən Quba rayon sakini, 1995-ci il təvəllüdlü Mehrab Dadaşov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Reyting.az-ın məlumatına görə, Quba Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Mehrab Dadaşov məhkəmədə ifadəsində təqsirini etiraf edib.
2020-ci ildən öz istəyi ilə ibadət etməyə başladığını bildirən Mehrab Dadaşov sosial şəbəkədə etdiyi paylaşımlarına görə DTX-yə dəvət edilib. Mehraba əməllərində cinayət tərkibinin əlamətləri olduğu bildirilərək onunla profilaktik söhbət aparılıb:
“Xəbərdarlığa məhəl qoymaraq İnstaqramda yeni hesab açdım. Terror təşkilatlarının tərkibində döyüşən ekstremistlər, döyüşlərdə istifadə olunan silahlar, eləcə də cihad və cihada çağırış barədə foto-video materialları paylaşdım. Yenidən xəbərdalıq olunsa da, əqidəmdən dönməyəcəyimi bildirdim. İŞİD-ə olan sevgimdən əməlimi düzgün hesab etdim. Əlverişli şərait yaranacağı halda hicrət etməyi və döyüşlərdə iştirak etməyi qərara aldım. Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanları deyil, din uğrunda döyüşlərdə ölənləri şəhid hesab edirəm. Sonradan tutulacağımdan qorxduğum üçün Rusiyanın Rostov şəhərinə getdim. Daha sonra barəmdə axtarış olmadığını düşünərək Qubaya qayıtdım. Bir müddət paylaşım etmədim”.
Məlum olub ki, M.Dadaşov növbəti paylaşımlarında Azərbaycan dövlətini dini dövlət etmək yolunda mübarizəyə dair çağırışlar edib.
“Digərləri ilə birgə cihad etmək, ayağa qalxıb üsyanlar etmək istədim. Hər hansı bir islam dövlətindən dəstək gələcəyi təqdirdə bu arzuya daha tez çatacağımı düşündüm”.
DTX-nin diqqətdə saxladığı və unuduluğunu zənn edən M.Dadaşov ömrünün 8 ilini dəmir barmaqlıqlar arasında keçirəcək.(Teleqraf)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər