Xaçmazda əməliyyat: saxlanılanlar var
Tarix: 28-01-2026 11:00 | Bölmə: Cəmiyyət

Xaçmazda əməliyyat: saxlanılanlar var

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 28 yaşlı Əli Abbasov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, həmin şəxsdən 7 kiloqram marixuana aşkarlanıb.

Bundan başqa, keçirilən digər tədbir zamanı rayon sakini 21 yaşlı Həzrət Atakişiyevdən qanunsuz olaraq əldə edib özündə saxladığı 1 ədəd "Makarov" markalı tapança da aşkarlanıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.





Bölməyə aid digər xəbərlər