20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Professorun səhhəti tədbirdə qəfil pisləşib
Tarix: 14-05-2019 14:38 | Bölmə: Cəmiyyət
Professorun səhhəti tədbirdə qəfil pisləşib

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.

Kult.az xəbər verir ki, bu barədə məlumatı Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmistan Küzəci qeyd edib. O bildirib ki, Q.Paşayev ürəyində yaranan problem səbəbindən əməliyyat olunub.

Onun sözlərinə görə, İraq türkmanlarına könül verən, Kərkükü sevən Azərbaycanın çox dəyərli professoru Qəzənfər Paşayevin halı tədbirdə, “fotoda göründüyü kimi oturarkən” qəfildən pisləşib. Təcili əməliyyat olunan Paşayev sağlığına qovuşub.

“Özünə, ailəsinə və sevənlərinə böyük keçmiş olsun. Allah qorusun”, - Kuzəci qeyd edib.

Xatırladaq ki, tanınmış professor Qəzənfər Paşayev millət vəkili Qənirə Paşayevanın əmisidir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər