Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 30-01-2026 16:14 | Bölmə: Xəbərlər

Baş Prokurorluq təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi ilə bağlı əhaliyə çağırış edib.
Reyting.az xəbər verir ki, müraciətdə təbii qazın məişətdə rahatlığı təmin etsə də, ondan düzgün istifadə edilmədikdə partlayış, yanğın və zəhərlənmə halları ilə nəticələnə bildiyi vurğulanıb.
Bildirilib ki, bu cür hadisələrin qarşısının alınması hər bir vətəndaşın məsuliyyətidir:
"- Mənzilə daxil olarkən qaz sızmasının olub-olmadığı dəqiqləşdirilmədən açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. Qaz sızması zamanı işığı yandırmaq və ya söndürmək qığılcım yarada bilər və təhlükəlidir. Qaz cihazlarından istifadə etməzdən əvvəl otağın havasını mütləq dəyişin, yalnız qaz iyi olmadığına əmin olduqdan sonra cihazları işə salın. Qaz cihazlarını yandırarkən əvvəl kibriti və ya alışqanı yandırın, daha sonra qaz kranını açın;
- Qaz cihazlarını nəzarətsiz qoymayın. Azyaşlıların, sağlamlıq imkanları məhdud şəxslərin, habelə istifadə qaydalarını bilməyən şəxslərin bu cihazlardan istifadəsinə yol verməyin;
- Qaz iyi hiss etdikdə dərhal bütün qaz kranlarını bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək vəziyyətdə olanları ayırmayın, işığı yandırıb-söndürməyin. Mənzilin havasını dəyişdirin və 104 nömrəli qaz qəza dispetçer xidmətinə müraciət edin;
- Uzun müddətə evi və ya mənzili tərk etdikdə, eləcə də gecə yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın;
- Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101 və ya 112 nömrələri ilə FHN-in Yanğından Mühafizə Xidmətinə, 104 nömrəsi ilə isə qaz qəza dispetçer xidmətinə məlumat verin;
- Mənzildə mövcud olan tüstü bacalarının ildə ən azı bir dəfə, xüsusilə qış mövsümündən əvvəl təmizlənməsini təmin edin.
Qaz cihazlarından istifadə zamanı qadağandır:
- Qaz cihazları üzərində paltar və digər tez alışan əşyaların qurudulması;
- Qaz cihazlarının yerləşdiyi otaqlarda tez alışan maddələrin və materialların (o cümlədən kimyəvi tərkibli təmizləyici vasitələrin) saxlanılması.
“Unutmayın ki, bir anlıq diqqətsizlik partlayışa və ya yanğına səbəb ola bilər. Təbii qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafınızdakıların həyatını yarana biləcək təhlükələrdən qorumuş olursunuz”
Bölməyə aid digər xəbərlər















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər