16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Bakıda anbardan 40 min manat dəyərində qadın ayaqqabısı oğurlanıb
Tarix: 15-05-2019 11:53 | Bölmə: Cəmiyyət
Bakıda anbardan 40 min manat dəyərində qadın ayaqqabısı oğurlanıb

Bakıda anbardan 40 min manat dəyərində qadın ayaqqabısı oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb.

Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}