Belə məsələləri Facebookda yazın: Ziyafət Əsgərov
Tarix: 17-05-2019 12:37 | Bölmə: Cəmiyyət
Belə məsələləri Facebookda yazın: Ziyafət Əsgərov

Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük hissəsi büdcəyə daxil olmur.

Reyting.az bildirir ki, bunu Milli Məclisin bugünkü iclasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda hava limaınnda, avtovağzalda giriş üçün pul ödənilir: “Vətəndaş hava limanına, avtovağzala taksi ilə gəlməlidir. Qısa müddətdə vətəndaş kimisə yola salırsa, yaxud harasa gedirsə, vəsait alınması düzgün deyil”.

Mədəniyyət sahəsindəki problemlərə toxunan deputat qeyd edib ki, Şəmistan Əlizamanlı kimi insanlara fəxri adlar verilməyib: “Şəmistan Əlizamanlıdan soruşdum ki, sizə hər hansı ad verilibmi? Mənə dedi ki, biz millətin hambalıyıq. Bu adamlar qiymətləndirilməli, onlara hərbi təqaüdlər verilməlidir”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə müzakirəyə çıxarılan qanun layihələrindən kənarda danışılmasını düzgün saymayıb: “Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}