Qüdrət Həsənquliyev “Formula-1”in Bakıda keçirilməsinə etiraz etdi
Tarix: 17-05-2019 14:15 | Bölmə: Cəmiyyət
Qüdrət Həsənquliyev “Formula-1”in Bakıda keçirilməsinə etiraz etdi

“Formula-1” yarışının Naxçıvanda keçirilməsini təklif edən Qüdrət Həsənquliyevin fikrincə, Bakıda, tarixi abidələrin olduğu ərazilərdə belə yarışların keçirilməsi düzgün deyil.

Reyting.az bildirir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bunu Milli Məclisin bugünkü iclasında bəyan edib.

“Həmin tarixi abidəyə zərər dəysə, kim cavab verəcək? Ümumiyyətlə, Bakı kimi meqapolisdə belə yarışların keçirilməsi düzgün deyil, vətəndaşlarımız əziyyət çəkir. Mən Naxçıvan şəhərində keçirilməsini təklif edirəm, sıxlığın az olduğu şəhərdir. Başqası Gəncədə keçirilməsini təklif edə bilər. Ancaq Bakıda bu yarışı keçirməklə Azərbaycanı tanıtmaq naminə vətəndaşlarımızın əziyyət çəkməsinə imkan verməməliyik”, - Həsənquliyev vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}