17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycana gələn əcnəbilərin ölkədə müvəqqəti qalma müddəti ilə bağlı dəyişiklik olacaq
Tarix: 17-05-2019 17:20 | Bölmə: Cəmiyyət
 Azərbaycana gələn əcnəbilərin ölkədə müvəqqəti qalma müddəti ilə bağlı dəyişiklik olacaq

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılır.

Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 40-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar) maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}