09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ölkə səhiyyəsindəki özbaşınalıqlara etiraz edən jurnalist sərbəst buraxıldı
Tarix: 19-05-2019 18:42 | Bölmə: Cəmiyyət
Ölkə səhiyyəsindəki özbaşınalıqlara etiraz edən jurnalist sərbəst buraxıldı

“Kanal 8”-in jurnalisti Teymur Kәrimov sәrbәst buraxılıb.

Bu barәdә AzadlıqRadiosuna jurnalist özü məlumat verib. T. Kәrimov bildirib ki, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar.

Qeyd edək ki, Respublika Klinik Xәstәxanasında qan xәrçәngindәn әziyyәt çәkәn anasının müalicәsinә pul çatdıra bilmәdiyini deyәn jurnalist mayın 18-dә Sәhiyyә Nazirliyinin binası qarşısında aksiya tәşkil etmişdir.

Polislər onu aksiyadan 20-ci Polis Şöbəsinə, sonra isә Nәsimi Rayon Polis İdarәsinә aparmışdılar.

Jurnalist bildirib ki, ondan aksiyasının sәbәbini soruşub vә izahat yazdırıblar. "Daha sonra mәnә vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin deyiblәr ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım".

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq