20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İŞİD-çilərin həbsxanadakı qiyamının təfərrüatları açıqlandı
Tarix: 20-05-2019 12:33 | Bölmə: Cəmiyyət
İŞİD-çilərin həbsxanadakı qiyamının təfərrüatları açıqlandı

Tacikistan həbsxanasında İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzvləri olan məhkumlar təşkil etdiyi qarşıdurma zamanı təkxə müəssisənin əməkdaşlarını deyil, həm də digər məhbusları da öldürüblər.

Reyting.az xarici mediaya istinadla bildirir ki, respublikanın Ədliyyə Nazirliyindən verilən məlumata görə, üsyanın təşkilatçıları əvvəlcə vəhşi üsulla həbsxananın 3 əməkdaşını öldürüblər, sonra cərimə təcridxanasındakı İŞİD üzvü olan 8 məhkumu buraxıblar.

Bununla da kifayətlənməyən üsyançılar vəhşiliklə 5 məhkuma bıçaqla xəsarətlər yetirərək onları həyatdan məhrum ediblər, sonra onlarla digər məhkumu döyüb və yaralayıblar.

Məlumata görə, üsyançılar həbsxananın tibb hissəsini yandıraraq oradakı bir neçə məhkumu girov götürməklə həbsxana əməkdaşlarına hücum ediblər.

Mayın 19-da axşam baş verən üsyan zamanı 32 nəfər öldürülüb. Hazırda vəziyyət nəzarət altına alınıb. İŞİD üzvlərinin başlatdığı üsyana Behruz Qulmura, Qulov Faxriddin, Şaripov Mahmadullo və Xasanov Ruhullo rəhbərlik ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər