16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Anasını boğub öldürən keçmiş məhkum həbs edildi - Təfərrüat
Tarix: 20-05-2019 18:24 | Bölmə: Cəmiyyət
Anasını boğub öldürən keçmiş məhkum həbs edildi

Daxili İşlər Nazirliyi (DİN) mayın 18-də saat 18 radələrində Maştağa qəsəbəsindəki bağ evlərinin birində baş vermiş yanğınla bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, yanğın söndürüldükdən sonra ev sahibəsinin yanmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin evdə yaşayan, əvvəllər məhkum olunmuş Tahir Bağırovun anası Rübabə Bağırovanı boğaraq qətlə yetirdiyi, sonra isə izi itirmək məqsədilə evi yandırdığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən T.Bağırov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}