20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Xarici tələbələr üçün icazə vərəqələri... - 15 və 20 gün ərzində vermək mümkün olacaq
Tarix: 21-05-2019 12:31 | Bölmə: Cəmiyyət
Xarici tələbələr üçün icazə vərəqələri... - 15 və 20 gün ərzində vermək mümkün olacaq

Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin verilməsi və müddətinin uzadılması 15 və 20 gün ərzində mümkün olacaq.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin 1 illik verilməsi və müddətinin uzadılmasına görə 40 manat dövlət rüsumu alınır. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin müddəti uzadıldıqda) üçün isə 80 manat dövlət rüsumu alınır.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün 15 gün ərzində 1 illik icazə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 60 manat, 2 illik üçün 120 manat manat dövlət rüsumu alınacaq. 20 gün ərzində 1 illik icazə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 40 manat, 2 illik üçün isə 80 manat manat dövlət rüsumu alınacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər