20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Komitə sədri: “Terrorçuluğun dini olmadığı kimi, radikallığın da dini yoxdur"
Tarix: 21-05-2019 15:54 | Bölmə: Cəmiyyət
Komitə sədri: “Terrorçuluğun dini olmadığı kimi, radikallığın da dini yoxdur"

“Terrorçuluğun dini olmadığı kimi, radikallığın da dini yoxdur. Bu baxımdan, istənilən dini-ideoloji baxışları konteksdən çıxararaq zorakı və aqressiv şəkildə təqdim etmək olar”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, İslamın mütərəqqi dünyabaxışı, həyat fəlsəfəsi qətiyyən zorakılığı, radikallığı təbliğ etmir: “İslam dini müqəddəsdir və onun əsas mahiyyəti sülhdür, dostluqdur. Bəzi din adı altında fəaliyyət göstərən qüvvələr öz siyasi, yaxud digər maraqları çərçivəsində dini baxışları radikal formada təqdim edir, ekstremizmə rəvac verirlər”.

DQİDK sədri bu cür mənfi təzahürlərin qarşısının alınmasında dini maarifləndirmənin xüsusi əhəmiyyətə malik olduğunu deyib.

O, həmçinin əlavə edib ki, dövlətin dini icmalara göstərdiyi qayğı gündən-günə artır: "Böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır".

Report




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər