20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropa çempionunu öldürən azərbaycanlı həbsdən buraxılmadı
Tarix: 22-05-2019 19:56 | Bölmə: Cəmiyyət
Avropa çempionunu öldürən azərbaycanlı həbsdən buraxılmadı

Xabarovskda dava zamanı pauerliftinq üzrə Avropa çempionu Andrey Draçevi öldürən Anar Allahverənov azadlıqdan məhrumedilmə yerində qalacaq.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, Ali məhkəmə müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib.

Məhkəmə cəzasını ciddi rejimli həbsxanada çəkən Allahverənov barəsində 18 il hökm çıxarıb.

Xatırladaq ki, 2017-ci ilin avqust ayında Xabarovskun mərkəzindəki kafedə Avropa çempionu Andrey Draçev Anar Allahverənovla davada xəsarət alıb. Draçev xəstəxanada ölüb.

Bir neçə ay gizlənən Allahverənov sonradan istintaqa özü təslim olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər