İsti havaya görə məktəblər bağlandı, xəstəxanalar gücləndirilmiş rejimdə işləyir
Tarix: 23-05-2019 00:36 | Bölmə: Cəmiyyət
İsti havaya görə məktəblər bağlandı, xəstəxanalar gücləndirilmiş rejimdə işləyir

Misirdə havanın həddindən artıq isti olması səbəbindən məktəblər bağlanıb, xəstəxanalar gücləndirilmiş rejimdə işləyir.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, mayın 22-də Qahirədə havanın temperaturu kölgədə 43, açıq yerlərdə isə 50 dərəcəyə çatıb.

Ölkənin cənubunda havanın hərarəti 45, şimalında 40 dərəcədir.

Mayın 23-də vəziyyətin daha da pisləşəcəyi haqda xəbərdarlıq edilib.

Fövqəladə xidmətlər fövqəladə vəziyyət rejiminə gətirilib. Özlərini pis hiss edənlərin sayı çoxaldığından xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib..

Ayrı-ayrı rayonlarda artıq elektrik enerjisinin verilməsində problemləryaranıb: şəbəkələr sərinləşdiriçilərin və kondinsionerlərin dayanmadan işləməsindən yüklənməsinə tab gətirmir.

Reyting.az

скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}