Bu gün magistraturaya qəbul imtahanıdır
Tarix: 26-05-2019 08:22 | Bölmə: Cəmiyyət
Bu gün magistraturaya qəbul imtahanıdır

Bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar (68, 69 və 70 nömrəli qəbul proqramlarını seçənlər istisna olmaqla) "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}