23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Maşın qaçıran tutuldu - Şəmkirdə polis əməliyyatı
Tarix: 27-05-2019 11:20 | Bölmə: Cəmiyyət
Maşın qaçıran tutuldu

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat midmətindən Reyting.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ 2106” markalı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.

Daxil olan müraciət əsasında Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayonu, Qaracəmirli kənd sakini 20 yaşlı Asiman Alıyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, A. Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pulu və 4 ədəd səsgücləndiriciləri də götürüb satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}